Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Nazirliyi müharibənin 1500-cü günündə cəbhədəki vəziyyət və Rusiyanın strateji itkiləri ilə bağlı bəyanat yayıb.

Nazirlik Moskvanın ilkin məqsədlərindən uzaqlaşdığını və beynəlxalq müstəvidə təkləndiyini vurğulayıb.

Nazirlik tərəfindən yayımlanan bəyanatda deyilir:

"Bu gün Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasının 1500-cü günüdür. Moskvanın sürətli qələbə kimi gözlədiyi şey uzun və baha başa gələn uğursuzluğa çevrildi. Rusiya məqsədlərinə çatmaq əvəzinə itkilərini və təcridini daha da dərinləşdirdi."

Bəyanatın davamında Rusiyanın hərbi üsulları tənqid edilərək belə bir çağırış edildi: "Dünya Rusiyanın əslində nə olduğunu gördü: terrorçu dövlət. Buna veriləcək yeganə cavab birlik, davamlı təzyiq və Ukraynaya davam edən müdafiə dəstəyidir".

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp