Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Belçikanın xarici işlər naziri Maksim Prevot Kiyevdə keçirilən Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin toplantısı barədə danışıb.

Ukrayna xalqı ilə həmrəyliyini ifadə edən Prevot deyib: “Kiyevdə Ukraynanın xarici işlər naziri Andrii Sybiha və avropalı həmkarlarımızla həmrəyik. Şəxsən iştirak edə bilməsəm də, ürəyim və düşüncələrim ukraynalı dostlarımızladır.”

Buçada baş verənlərin unudulmamalı olduğunu bildirən nazir Prevot qeyd edib: “Birgə bəyanatımızda da ifadə olunduğu kimi, Belçikanın Ukraynaya sarsılmaz dəstəyini; Buçada və onun hüdudlarından kənarda beynəlxalq hüququn bütün pozuntularına görə tam məsuliyyətin təmin olunması öhdəliyimizi və hərtərəfli, ədalətli və davamlı sülh axtarışımızı bir daha təsdiqləyirəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp