Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, 16 ölkənin xarici işlər nazirləri İsrailin “Somalilend”ə diplomatik nümayəndə təyin etmə elanına reaksiya veriblər.

Açıqlamada qeyd olunub ki, Qətər Dövləti, Küveyt Dövləti, Səudiyyə Ərəbistanı Krallığı, Misir Ərəb Respublikası, Somali Federal Respublikası, Sudan Respublikası, Liviya Dövləti, Banqladeş Xalq Respublikası, Əlcəzair Xalq Demokratik Respublikası, Fələstin Dövləti, Türkiyə Respublikası, İndoneziya Respublikası, Pakistan İslam Respublikası, Mavritaniya İslam Respublikası, İordaniya Haşimilər Krallığı və Oman Sultanlığının xarici işlər nazirləri ortaq mövqe nümayiş etdiriblər.

Bildirilib ki, İsrailin Somalilendə diplomatik nümayəndə təyin etmək cəhdi Somalinin suverenliyi, birliyi və ərazi bütövlüyünün açıq pozuntusudur və bu addım pislənib.

Həmçinin dövlətlərin suverenliyini pozan birtərəfli addımların rədd edildiyi vurğulanıb, Somalinin birliyinə və legitim dövlət institutlarına dəstək ifadə olunub.

Açıqlamada əlavə edilib ki, bu təşəbbüs BMT Nizamnaməsi və Afrika İttifaqının prinsipləri ilə uyğun deyil, Afrika Buynuzunda sabitliyi təhdid edə və regional sülh və təhlükəsizliyə mənfi təsir göstərə bilər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp